Bazar ertəsi, 29 Aprel

"Space" və "Araz" radio kanallarının yayımı DAYANDIRILACAQ

image

Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilib.

Xəbər verilir ki, iclasda 25 iyun – 9 iyul 2021-ci il tarixlərində ümum-ölkə radio kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

30 iyun 2021-ci il tarixdə "Araz" radio kanalının efirində saat 13.00 – 14.00 arası müddətdə 5 dəqiqə 30 saniyə sponsor reklamının yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulmuşdur. Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq "Araz" radio kanalının efirində 18 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdir.

Həmçinin, 1 iyul 2021-ci il tarixdə "Space" radio kanalının efirində saat 08.00 – 09.00 arası müddətdə 5 dəqiqə sponsor reklamının yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbləri pozulmuşdur. Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsini rəhbər tutaraq "Space" radio kanalının efirində 17 iyul 2021-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 21:00-dan saat 24:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42